Bakı aeroportunda ƏMƏLİYYAT

25.08.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, tədbirlər çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən olunub.

Həmin nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə şəxsi istifadə adı altında gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью