Bakı Ağdam qatarının ilk sərnişini Aqil Abbas: Sanki ilk dəfədir ki, Ağdama gedirəm...

30.08.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün 32 ildən sonra Bakıdan Ağdama ilk sürət qatarı yola düşüb.

Səfərdə Ağdamın bir sıra tanınmış ictimaiyyət nümayəndələri də iştirak edir.

“Sonuncu dəfə 1985-ci ildə Ağdama qatarla getmişdim. Sonra isə maşınla gedib-gəlirdim”.

Bunu sürət qatarının ilk sərnişini - ağdamlı deputat Aqil Abbas Modern.az-a açıqlamasında deyib.

“Çox xoş bir duyğudur. Bu gün elə bil Ağdama ilk getdiyim kimi hisslər keçirirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью