Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni bina tikilir FOTO

11.04.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikintisinə başlanılıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yeni bina Sabunçu rayonunun Zabrat qəsəbəsində, 1 saylı Bakı İstintaq Təcridxanasının (“Kürdəxanı” təcridxanası) yaxınlığında inşa olunur.

Tikinti işlərinə bir neçə gün əvvəl start verilib. Layihəyə əsasən, bina 2027-ci ilin birinci yarısında tam hazır olaraq istifadəyə verilməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью