Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

12.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əliyev Samir İmamverdi oğlu 1976-cı İldə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirib.

2008-2016-cı illərdə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью