Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni HAKİMLƏRİ

26.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edilib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmədəki hakim çatışmazlığı ilə bağlı belə qərar qəbul edilib.

Ezam edilənlər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərli və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovadır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev isə Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddətdir Ağır Cinayətlər Məhkəməsindəki proseslərin çoxu keçirilmir. Buna səbəb isə 2 hakimin yuxarı instansiyaya təyinat alması, birinin təqaüdə getməsi, başqa bir hakimin isə futbol oynayarkən qəfil ölməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью