Bakı Ağstafa Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib CƏDVƏL

12.03.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə sərnişinlər biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью