Bakı Ağstafa qatarı üzrə əlavə reyslər təyin edilib

10.06.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.

BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), "ADY Mobile" tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью