Bakı Ağstafa qatarına əlavə reyslər açılır Tarixlər

05.11.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna yüksək sərnişin tələbatının qarşılanması üçün noyabrın 14-dən 30-dək həftəsonlarında əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə Milli.Az-a ADY-dən bildirilib.

Məlumata əsasən, qatar şənbə günləri Bakıdan, bazar günləri isə Ağstafadan yola düşəcək. Eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью