Bakı Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ FOTO

27.10.2025

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.

Bu barədə Moderator.az ADY-yə istinadən xəbər verir.

Məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью