Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu

04.10.2025

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyevin "2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

"Report"un məlumatına görə, ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir. Dominos pizza

BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Sərəncam ümumilikdə 102 tələbəni əhatə edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью