Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

28.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 28 aprel, AZƏRTAC

Mayın 5-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-in tədris mühiti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyatdan bu link vasitəsilə keçmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью