Bakı Ali Neft Məktəbində futbol oyunu keçirilib

02.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbində sonuncu kurs tələbələri ilə akademik və inzibati heyət arasında ənənəvi vida futbol oyunu keçirilib.

Ali məktəbdən AZƏRTAC-a bildirilib ki, görüş Bibiheybət kampusundakı açıq futbol meydançasında keçirilib. Oyun tələbə-müəllim münasibətlərinin gücləndirilməsi, sosial inteqrasiya və sağlam həyat tərzinin təşviqi məqsədi daşıyıb.

Simvolik qarşılaşmada əməkdaşlar 7:4 hesabı ilə qalib gəliblər. Oyunda komanda ruhu, əməkdaşlıq və idman mədəniyyəti ön planda olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью