Bakı Ali Neft Məktəbində futzal çempionatı keçirilib FOTO

18.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələri arasında futzal çempionatının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, açılışda çıxış edən BANM-in rektoru Elmar Qasımov tələbələrə uğurlar arzulayaraq, ənənəvi olaraq təşkil edilən bu yarışda I kurs tələbələrinin fəal iştirakını təqdirəlayiq hal kimi qiymətləndirib.

Rektor vurğulayıb ki, belə idman yarışları tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, gənclərdə komanda ruhunun formalaşmasına da mühüm töhfə verir.

Daha sonra oyunlara start verilib. İlk qarşılaşma “Göktürk” və “Şəhid Ruhin” komandaları arasında baş tutub və “Göktürk” komandası 6:4 hesabı ilə qələbə qazanıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью