Bakı Ali Neft Məktəbində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Ulu Öndər Heydər Əliyevin anım günü keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor Elmar Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi və müstəqil dövlət quruculuğu dövrü olduğunu qeyd edib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi xüsusi vurğulanıb.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью