Bakı Ali Neft Məktəbinin tələbəri Texnofest 2025 qalib oldular

03.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Bakı Ali Neft Məktəbinin "BANM 6" komandası Teknofest Aerokosmik və Texnologiya Festivalında uğur qazanıb.

APA-nın məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətində keçirilən "Texnofest 2025"də iştirak edən BANM komandası iki nominasiyada qalib olub.

Belə ki, yarışmanın final mərhələsində BANM-nin "Qızılqaya“ komandası "Texnologiyalar” kateqoriyası üzrə birinci yer qazanıb.

Universitetin "Xudafərin" komandası isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə üçüncü yer qazanıb.

BANM-ın yetirmələrinə mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью