Icma.az, Cebheinfo saytına istinadən bildirir. Məlumata görə, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.
Bu barədə hökumətdəki mənbələrdən "Gununsesi.info"-ya məlum olub.
Bildirilib ki, sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.
Əgər aprel ayından Bakı-Tbilisi-Bakı qatarı açılırsa, digər ölkələrə gedən qatarlar da işə salına bilərmi?
O cümlədən, Bakı-Ankara və sair istiqamətə qatar reysləri açılacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bildirib ki, quru sərhədləri açılandan sonra bu barədə danışmaq mümkün olacaq.
Onun sözlərinə görə, hazırda quru sərhədlər bağlıdır: “Azərbaycanda xüsusi karantin rejimidir və ölkənin quru sərhədləri bağlıdır.
Hazırda qatarlar beynəlxalq istiqamətdə sərnişin daşıma həyata keçirmir.