Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub.
Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.