Bakı Astara qatarı nə vaxt açılır? Rəsmi CAVAB

11.06.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bildiyimiz kimi, Bakı-Astara dəmir yolu xətti mövcud olsa da, hazırda bu marşrut üzrə sərnişin qatarlarının hərəkəti həyata keçirilmir.

Bəs Bakı-Astara qatarının yenidən fəaliyyətə başlaması nəzərdə tutulurmu?

Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən Redaktor.az-a bildirildi ki, ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən olan Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlər davam etdirilir:

"Dəmir yolu xəttinin ox üzrə uzunluğu 245 km-dir. Tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 55%-i yerinə yetirilib, xəttin tikinti-quraşdırma işlərinin isə Ələt–Osmanlı hissəsi üzrə 56%-i başa çatıb. Layihə 4 mərhələdə həyata keçirilir. 1-ci mərhələ 60 km uzunluğunda Ələt–Osmanlı hissəsini əhatə edir. 2-ci mərhələ üzrə Kür çayı üzərində körpünün tikintisi tamamlanıb. Digər mərhələlər üzrə layihələndirilmə işləri davam etidirilir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью