Bakı Astara şosesində ağır qəza: bir ölü, iki yaralı

28.04.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün Bakı-Astara şosesinin Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Bakupost.az -ın məlumatına görə, qəza nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, iki nəfər isə ağır xəsarət alıb.

Yaralılardan biri – 25 yaşlı Nərmin Zeyniyeva hazırda reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir. Qəza zamanı vəfat edən şəxsin isə Nərmin Zeyniyevanın həyat yoldaşı olduğu məlum olub.

Hadisənin təfərrüatları araşdırılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью