Bakı avtovağzalında təmir işləri başladı RƏSMİ

17.03.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində infrastrukturun yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a qurumdan bildirilib.

Verilən açıqlamaya görə, sərnişinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və kompleksin müasir standartlara uyğunlaşdırılması məqsədilə mütəmadi təmizlik tədbirləri ilə yanaşı, müxtəlif sahələrdə genişmiqyaslı təmir işləri həyata keçirilir.

Bildirilib ki, görülən işlərin əsas məqsədi sərnişinlər üçün daha rahat, təhlükəsiz və müasir xidmət mühitinin təmin olunmasıdır.

Məlumata görə, hazırda aparılan əsas işlərdən biri dam örtüyünün bərpasıdır. Uzunmüddətli istismar, eləcə də əlverişsiz hava şəraiti və digər təbii amillərin təsiri nəticəsində zədələnmiş hissələrin yenilənməsi istiqamətində tədbirlər görülür. Bu çərçivədə mövcud dəmir konstruksiyalar üzərində yüksək davamlılığa malik yeni polikarbonat örtüyün quraşdırılmasına başlanılıb.

Qeyd olunub ki, təmir-bərpa işlərinin hava şəraitindən asılı olaraq mümkün olan ən qısa müddətdə və müəyyən edilmiş qrafikə uyğun şəkildə başa çatdırılması planlaşdırılır.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью