Bakı Avtovağzalından sentyabrda 163 mindən çox sərnişin yola salınıb VİDEO

05.11.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

2026-cı ilin sentyabr ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) 6 642 reyslə 163 316 sərnişin yola salınıb.

Avtosfer.az xəbər verir ki, sərnişinlərdən 57 934-ü və ya 35,5 faizi biletləri onlayn əldə edib.

Sentyabr ayında Bakıdan ən çox sərnişin Gəncə istiqamətinə daşınıb. Bu marşrut üzrə 727 reys həyata keçirilib və 25 758 sərnişin yola salınıb.

BBAK-ın sentyabr ayı üzrə ən çox sərnişin daşınan 10 istiqaməti:

Bakı–Gəncə – 727 reys, 25 758 sərnişin

Bakı–Qazax (Sınıq Körpü) – 505 reys, 18 628 sərnişin

Bakı–Xaçmaz–Xudat – 352 reys, 12 588 sərnişin

Bakı–Quba – 403 reys, 10 685 sərnişin

Bakı–Qusar – 371 reys, 9 754 sərnişin

Bakı–Mingəçevir – 296 reys, 9 011 sərnişin

Bakı–Zaqatala – 237 reys, 7 453 sərnişin

Bakı–Şəki – 297 reys, 7 349 sərnişin

Bakı–Tərtər – 150 reys, 5 687 sərnişin

Bakı–Cəlilabad – 280 reys, 5 352 sərnişin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью