Bakı Balakən qatarına bileti 96 manata satır

18.03.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı – Balakən qatarı, yalnız bir tərəfə biletin qiyməti :

SV – 96 manat

Kupe – 34 manat

5 il işləməyən Bakı – Balakən qatarının fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər diqqət cəlbedən olmuşdursa, indi təklif olunan qiymətlər də bir o qədər ağlasığmazdır !

Görünür, ADY-də vəziyyət gərgindir. Adi vaxtlarda arada bu qatarın doluluq vəziyyətinə göz gəzdirirdim. Adətən 50%-dən aşağı olurdu. Güman ki əvvəlki dövrlərə nisbətən 4 dəfədən çox bahalaşan qiymətlər sərnişinlərə sərf eləmir.

İndi də görünür ki, hökumətdən subsidiya ala bilməyən ADY adi günlərdəki boş gedişlərin əvəzini bayram günlərinə yükləyib.

Fikrimcə,  bu tip yanaşma sərgiləməkdənsə hökumətdən subsidiya almaq uğrunda vuruşmaq daha ağlabatan olardı.

Osman Gündüz

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью