Bakı Balakən qatarının stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb

18.02.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Balakən-Bakı marşrutundan istifadə edən sərnişinlərin daha rahat minib-düşməsini təmin etmək üçün hərəkət cədvəlində müəyyən tənzimləmələr tətbiq edib.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qatarların stansiya və dayanacaqlarda dayanma müddəti artırılıb.

Bununla yanaşı, bu xətt üzrə Balakəndən Bakı istiqamətində hərəkət edən qatarın yola düşmə vaxtı 22:10-dan 22:00-a dəyişdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью