Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, iyul ayının əvvəlində baş verən seldən sonra bəzi ərazilərdə dəmiryol infrastrukturuna ziyan dəymişdi.
O zaman Qax–Balakən hissəsində hərəkət məhdudlaşdırılmışdı. Sonradan isə 1 avqust 2026-cı il tarixindən Bakı–Balakən reysləri tam dayandırılıb. Balakən qatarının vaqonlarının Bakı–Tbilisi qatarına veriləcəyi ilə bağlı səslənən fikirlər nə dərəcədə doğrudur? Qax–Balakən hissəsində bir neçə ay öncə başlayan təmir işlərinin həddindən çox uzanması nə ilə bağlıdır?
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, iyul ayında Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunmuş qeyri-sabit hava şəraiti, bəzi sahələrdə sel sularının yol yatağını tamamilə yuması nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib:
“Sərnişinlərin təhlükəsizliyinin, qatarların təhlükəsiz hərəkətinin təmin edilməsi və dəmiryol infrastrukturunun tam bərpası üçün həmin ərazidə təmir işləri davam etdirilir. Nəzərə almaq lazımdır ki, bəzi sahələrdə yol yatağının tamamilə yuyulması səbəbindən həmin sahələrdə dəmir yolu infrastrukturu sıfırdan qurulur, eyni zamanda, gələcəkdə yenə də çayın məcrasını dəyişməsi və yol yatağını yuması riskinin qarşısını alımaq məqsədilə suötürücülər quraşdırılıb. Qeyd edilən istiqamətdə təmir işləri, eləcə də hazırlıq işləri tam başa çatdıqdan sonra noyabr ayında Bakı-Balakən-Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunacaq. İctimaiyyətə ətraflı məlumat veriləcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin