Bakı Belqrad reysinin qiyməti bilindi ÖZƏL

16.02.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıdan Belqrada birbaşa uçuşlar başlayır.
Demokrat.az-ın əldə etdiyi məlumata görə ilk uçuş May ayının 3-də baş tutacaq. Biletlərin qiyməti tək gediş üçün 136 avro (günün məzənnəsinə uyğun 274 manat ) olacaq. Uçuşu “Air Serbia” hava yolları həyata keçirəcək.
Qeyd edək ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında bu barədə anons etmişdi.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью