Bakı Beton Konstruksiyaları təkrar hərraca çıxarılacaq AzPolitika onlayn siyasiictimai qəzet

22.11.2024

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Beton Konstruksiyaları" MMC-nin təsis paylarının satışı üzrə təkrar hərrac keçirəcək.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərrac gələn il yanvarın 7-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, Dövlət Xidmətinin hesabına beh ödəməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью