Bakı Bəyanatı qəbul edildi | Icma.az
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyunun 3-də Azərbaycanın paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı qəbul edilib.
“Qafqazinfo” AZƏRTAC-a istinadən Bəyanatı təqdim edir: “Biz, 2025-ci il iyunun 3-də Bakıda keçirilmiş “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransında iştirak edən alim və akademiklər olaraq, insan hüquqları, ədalət, dekolonizasiya, elmi azadlıq və həqiqət axtarışına dair qlobal dəyərlərə sadiqliyimizi elmi təşəbbüs və yanaşmalarımız vasitəsilə bir daha bəyan edirik.
Biz kolonializmin müasir cəmiyyətlərdə davam edən irsini nəzərə alaraq, onun ideoloji, siyasi, sosial, mədəni və iqtisadi təsirləri barəsində davamlı şəkildə elmi səviyyədə araşdırmanın vacibliyini qəbul edir və kolonializm anlayışının doğru dərk olunması, dialoqun təşviqi, insan ləyaqətinə və xalqların dekolonizasiya hüququna hörmətin inkişaf etdirilməsində elmi tədqiqat və təhsilin həlledici rolunu vurğulayırıq.
Biz kolonial hakimiyyətin tarixi prosesləri və quruluşlarının qitələrdə dərin, çoxşaxəli təsirlər yaratdığını, lakin bunların çoxunun hələ tam şəkildə həll olunmadığını qəbul edirik.
Müxtəlif elmi sahələri, regionları və intellektual ənənələri təmsil edən alimlər olaraq, kolonial irsin tədqiqi zamanı bərabərlik, sülh və doğru səlahiyyətlərin verilməsi istiqamətində fənlərarası əməkdaşlığın və müstəqil araşdırmanın vacibliyini təsdiq edirik.
BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumu və Afrika əsilli xalqlar üzrə Ekspertlər Qrupunun təşəbbüsü ilə yaradılmış Afrika mənşəli xalqların tədqiqi üzrə Qlobal Şəbəkənin fəaliyyətini yüksək qiymətləndiririk.
Bu şəbəkə tədqiqatçılar, hüquq mütəxəssisləri, siyasi ekspertlər, təhsil işçiləri, akademik institutlar, məktəblər və universitetlər arasında əlaqə yaratmaqla, BMT-nin irqçiliklə mübarizə mexanizmlərinə, üzv dövlətlərə, BMT agentliklərinə, vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə və ictimaiyyətə dəstək göstərməyi hədəfləyir.
Tam oxu
Xəbəri oxu