Bakı Beynəlxalq Caz Festivalının son günü

11.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Bakı Beynəlxalq Caz Festivalının son günüdür. Oktyabrın 3-də başlayan festival paytaxtda caz musiqisinin müxtəlif üslublarını bir araya gətirərək musiqisevərlərə zəngin proqram təqdim edib.

Festival çərçivəsində 12-dən çox ölkədən musiqiçilər çıxış edib. Proqramda konsertlərlə yanaşı, film nümayişləri, ustad dərsləri, görüşlər də yer alıb.

Festivalın son günlərində İçərişəhərdə, Qız qalasının yaxınlığında açıq hava konsertlərinin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərə giriş sərbəstdir.

2005-ci ildən etibarən təşkil olunan Bakı Beynəlxalq Caz Festivalı Azərbaycanın musiqi həyatında mühüm yer tutur. Festival yerli caz ifaçılarının yaradıcılığının tanıdılmasına, beynəlxalq musiqi əlaqələrinin genişlənməsinə və Bakının mədəniyyət mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir.

Festivalın builki proqramı da caz musiqisinin müxtəlif istiqamətlərini təqdim etməklə paytaxtın mədəni həyatına rəng qatıb.

S.Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью