Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Beynəlxalq Qadınlar Klubunda yeni təyinat olub.
Demokrat.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) yeni prezidentinin seçilməsi barədə məlumat verib.
Cari il fevralın 1-dən etibarən Bakı Beynəlxalq Qadınlar Klubunun prezidenti vəzifəsinə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfirin həyat yoldaşı Asemgül Bayel seçilib.
Asemgül Bayelin seçilməsi, otuz ildən artıq müddətdir diplomatik icmanı, beynəlxalq təşkilatları və işgüzar dairələri təmsil edən qadınları bir araya gətirən, mədəni dialoqun inkişafına, xeyriyyə təşəbbüslərinə töhfə verən, habelə Azərbaycanda müxtəlif xalqlara və millətlərə mənsub qadınlar arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən Klubun fəaliyyətində yeni mərhələnin başlanğıcını simvolizə edir. A. Bayel son illər ərzində xeyriyyə tədbirləri təşkil etməklə Klubun fəaliyyətində fəal iştirak edib.
Bakı Beynəlxalq Qadınlar Klubu əvvəlki prezidentə göstərdiyi töhfəyə və dəyərli fəaliyyətinə görə səmimi minnətdarlığı bildirib, eyni zamanda Asemgül Bayeli salamlayır və ona Klubun gələcək inkişafına və onun missiyasının möhkəmləndirilməsinə yönəlmiş yeni təşəbbüslərin həyata keçirilməsində uğurlar arzulayır.
Qeyd edək ki, Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) — otuz ildən artıq müddət əvvəl təsis edilib, müxtəlif ölkə və mədəniyyətləri təmsil edən qadınları dostluğun, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də xeyriyyə və sosial layihələrin dəstəklənməsi məqsədilə birləşdirən qeyri-kommersiya təşkilatıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Qadınlar Klubu (International Women’s Club Baku) yeni prezidentinin seçilməsi barədə məlumat verib.