Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Paytaxtda bu gün nostalji ovqatlı “Danışır Bakı” festivalı keçirilir. Chevre Community-də təşkil olunan festival Bakının 1990-cı illərini və 2000-ci illərin əvvəllərini xatırladan musiqi, oyun, incəsənət və şəhər mədəniyyətini bir araya gətirir.
Festivalda retro avtomobillər, vinil və retro musiqi, Dendi və Sega oyunları, məhəllə oyunları, sərgilər, yerli brendlərin yarmarkası və müxtəlif ustad dərsləri təqdim olunur. Günün proqramında Tural x Turan, Diana Hacıyeva, Sevda Ələkbərzadə və Elnur Hüseynin çıxışları da nəzərdə tutulub.
“Danışır Bakı” sadəcə musiqi və əyləncə festivalı deyil. Layihə bir vaxtlar Bakının küçələrində yaşanan həyat tərzini, məhəllə ab-havasını və bir nəslin yaddaşında qalan şəhər mənzərələrini yenidən canlandırmaq məqsədi daşıyır.
Səadət Rzayeva
XQ