Bakı bu məsələyə müsbət cavab verməyib Xandanyan

04.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Azərbaycana Naxçıvanla, o cümlədən ölkələrin suverenliyi və yurisdiksiyası altında bütün regionun infrastrukturunu açmaqla əlaqə yaratmaq imkanı verməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan açıqlayıb.

Onun sözlərinə görə, eyni məntiqlə, ölkələrin suverenliyi və yurisdiksiyası altında Ermənistanın şimalından cənubuna da kanallar açılmalıdır: "Bu məsələ ilə bağlı mövqeyimiz konstruktivdir. Bildiyiniz kimi, Ermənistan hökuməti Azərbaycana təklif təqdim edib və bu məsələ ilə bağlı müsbət cavab almamışıq".

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью