Bakı bulvarı qonaqları heyrətləndirdi

23.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən qonaqlar Bakı Dənizkənarı Bulvarında olublar.

Moderator.az-ın xəbərinə görə, onlar təəssüratlarını bölüşərkən bulvarı heyrətamiz və möhtəşəm adlandırıblar. 

Bulvarın xüsusilə ekoloji təmizliyi və yaşıllığı qonaqların diqqətini çəkib. 

Qeyd edək ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 75 min 984 nəfər qeydiyyatdan keçib. Onların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbidir və 197 ölkəni təmsil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью