Bakı bulvarında DƏHŞƏT İtkin düşən şəxs intihar edibmiş

27.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda (Bakı bulvarı) qeydə alınıb.

Bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib.

O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью