Bakı bulvarında gəzintiyə çıxan vəkil QƏFİL ÖLDÜ

26.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью