Bakı bulvarında görüntülənən balina maket imiş VİDEO

11.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Hazırda Bakıda Dənizkənarı bulvarda balina maketi nümayiş etdirilir.

Publika.az xəbər verir ki, bu “Captain Boomer” əsəridir.

Məqsəd iqlim dəyişikliklərinə diqqəti cəlb etmək, balinaların qarşılaşdığı problemi qabartmaqdır.

Qeyd edək ki, Bakıdan əvvəl balina maketi dünyanın bir çox şəhərlərində nümayiş etdirilib. Bu şəhərlər arasında Paris, Sürix, Bordo və digərləri var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью