Bakı bulvarında görüntülənən nədir? YENİLƏNDİ KONKRET | Icma.az
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib.
Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür.
Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir.
Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı aləmin problemlərinə, nəsli kəsilməkdə olan balıq növlərinə diqqət çəkildiyini demək mümkündür.
*** Xəzər dənizində naməlum varlıq tapılıb və hazırda Bakı bulvarında mütəxəssislər tərəfindən araşdırılır.
KONKRET.az-ın xəbərinə görə, araşdırmalar bu canlının, həqiqətən, balina olub-olmaması və Xəzər dənizinə necə gəlməsi ilə bağlı suallara cavab tapmağa yönəlib.
Tam oxu
Xəbəri oxu