Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda itkin düşən şəxsin intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı bulvarında qeydə alınıb.
Bir həftə əvvəl itkin düşmüş kimi qeydiyyata alınan Bakı şəhər sakini Oleq Baranovun fevralın 21-də Səbail rayonu Neftçilər prospektində yerləşən Milli Parkın ərazisində özünü dənizə atması müəyyən edilib.
O.Baranovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Araşdırmalar Səbail rayon prokurorluğu tərəfindən aparılır.