Bakı bulvarında konsert keçirildi

08.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəfər Günü münasibətilə Bakıda Dənizkənarı Milli Parkda bayram konserti keçirilib.
Bizim.Media  xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konsert "Saat qülləsi"nin yanında olub.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər və rəqs kollektivləri iştirak ediblər.
Gecəyə atəşfəşanlıqla yekun vurulub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью