Bakı Bulvarında məşhur attraksion TƏMİR EDİLƏCƏK

23.06.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bakı bulvarında yerləşən "Panorama" attraksionu təmir olunacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, təmir işlərini Dənizkənarı Bulvar İdarəsi həyata keçirəcək.

Məlumata görə, layihənin ehtimal olunan dəyəri 407 610,47 manat təşkil edir.

Satınalma çərçivəsində attraksionun texniki vəziyyətinin qiymətləndirilməsi, təhlükəsizlik sınaqlarının aparılması, profilaktik yoxlamalar və zəruri təmir işlərinin görülməsi nəzərdə tutulur.

Həmçinin çarxın əyləc sistemləri, hidravlik silindrləri, hərəkət mexanizmi və nasos sistemlərinə il ərzində müntəzəm texniki xidmət göstəriləcək.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью