Bakı bulvarında okeanların mühafizəsi ilə bağlı sərgi FOTOLAR

13.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Bakıda Dənizkənarı Bulvar ərazisində “Fins” beynəlxalq təşkilatı tərəfindən okeanların mühafizəsinə diqqət çəkmək üçün fotolar sərgilənir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, sərgi 2 koridor olmaqla mavi və qırmızı koridordan ibarətdir.

Mavi koridorda okeanın gözəllikləri, qırmızı koridorda isə tam əksi, okeanlara vurulan ziyan və heyvanların ovlanması və s. əks olunub.

Sərgi insanların marağına səbəb olub.

Qeyd edək ki, “Fins” beynəlxalq təşkilatı COP29-da olan pavilyonlardan biridir. Okean və okean canlılarının qorunması çərçivəsində fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью