Bakı buxtasındakı neft qatının təmizlənməsindən maraqlı Fotolar

14.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.

İşlər çərçivəsində FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, sahilyanı ərazilər təmizlənir.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.














Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью