Bakı C5+1 formatına qatılacaq? ABŞ | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həm ABŞ, həm də Mərkəzi Asiya ölkələri Ermənistan və Azərbaycan arasında sabit sülhün və “Trampın yolu” layihəsinin təqdim etdiyi yeni imkanların mövcudluğunda maraqlıdır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında əməkdaşlıq formatında (C5+1) mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən bildirib.
“Vaşinqtonda keçirilən “C5+1” görüşləri zamanı Ermənistan və Azərbaycanın regional əməkdaşlıq imkanlarını genişləndirmək səylərini vurğuladıq.
Bu potensialı mümkün qədər tam şəkildə inkişaf etdirmək üçün birlikdə çalışmaq niyyətindəyik”, - qeyd olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu