“Bakı COP tədbiri ən möhtəşəm COPlardan biri kimi tarixə düşəcək” İlham Əliyev

24.11.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”, - deyə paylaşımda bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью