Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq. "Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı üzərinə düşən mi
Prezidentimiz İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir.
Beynəlxalq tədbirin Bakıda sayca 29-cu tədbiri bir çox özəllikləri ilə yadda qaldı.
Əvvəla, ilk dəfə olaraq "Troyka" qrupu yaradıldı ki, bu da əldə edilən qərarların, gəlinən nəticələrin növbəti COP tədbirində davamlılığını, ardıcıllığını təmin edəcək.
İkincisi, COP29-da ilk dəfə olaraq dünyanın inkişaf etməkdə olan ölkələrində ekoloji problemlərin həlli, yaşıl enerjiyə keçid, alternativ enerji mənbələrinə çıxışın təmin edilməsi üçün nəzərdə tutulan büdcənin maksimum həddə çatdırılması mümkün oldu.
Bəli bu, evsahibi olaraq Bakını gördüyü işlər sayəsində mümkün oldu".
Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.
Siyasi analitik qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan müzakirə və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı: "Azərbaycan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alaraq nəticə əldə etməyə hesablanmış addımlar atdı, həmin ölkələrin təhlükələrlə üzləşdiyini və bunun hər keçən gün daha da şiddətli xarakter aldığını bütün tədbir boyu çıxışlarda müzakirə edilməsinə çalışdı və istəyinə nail oldu.