Bakı dairəvi yolunda iki “Prius” toqquşdu ANBAAN VİDEO

27.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı dairəvi yolunda baş vermiş qəzanın görüntüsü anbaan avtomobilin videoregistratoruna düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı maşının sürücüsü istiqamətini dəyişmək üçün hərəkətdə olduğu zolaqdan birbaşa ən sağ zolağa keçid edib. Bu zaman 99-UT-951 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşınınla toqquşub. Nəticədə görüntünü qeydə alan sürücü idarəetməni itirərək maşını səkiyə çıxarıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sürücü avtomobili yüksək sürətlə idarə etdiyi üçün təhlükədən yayına bilmədiyini rəy bölməsində bildirib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью