Bakı dairəvi yolunda piyada ölümü ilə nəticələnən qəza olub

05.06.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Kənan Məmmədov idarə etdiyi "Chevrolet cobalt" markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью