Bakı Dairəvi Yolunda təhlükəli vəziyyət VİDEO

06.06.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nasazlıq sürücülərə ciddi maddi ziyan vurur

Bakı Dairəvi Yolunda yaranan nasazlıq sürücülərə ciddi maddi ziyan vurur. Asfalt örtüyünün ortasından çıxan dəmirlər hərəkətdə olan avtomobillərin təkərlərini sıradan çıxarıb.

AYNA.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə ilə üzləşən sürücü Əmrah Mirzəyev bildirib ki, hərəkətin intensiv olduğu bu yolda yaranan vəziyyət qəza riskini də artırır.

Sürücü qeyd edib ki, bu, həmin yolda onun başına gələn ikinci belə hadisədir. Gündəlik gəliri avtomobilindən asılı olan vətəndaş dəyən maddi ziyanın onu çətin vəziyyətdə qoyduğunu vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanan sorğu cavabsız qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью