Bakı Dəmiryol Vağzalında Beynəlxalq Kitabsevərlər Günü qeyd olundu

07.08.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Bakı Dəmiryol Vağzalında Beynəlxalq Kitabsevərlər Günü münasibətilə sərnişinlər üçün xüsusi tədbir təşkil edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Tədbir Parlaq İmzalar Nəşriyyatı ilə birgə həyata keçirilib. Aksiya çərçivəsində sərnişinlərə ədəbiyyatla bağlı maraqlı suallar ünvanlanıb. Sualları düzgün cavablandıran iştirakçılar müxtəlif kitablarla mükafatlandırılıblar. Pepperoni pizza

Təşkilatçılar bildiriblər ki, məqsəd səfər öncəsi sərnişinlərlə mütaliə sevincini bölüşmək və onların yolçuluğunu yeni hekayələrlə zənginləşdirmək olub.

Tədbirin sonunda bütün kitabsevərlər Beynəlxalq Kitabsevərlər Günü münasibətilə təbrik edilib, hər səfərin yeni bir kitabla, hər kitabın isə unudulmaz bir səyahətlə başlaması arzulanıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью