Bakı Dəmiryol Vağzalında izdiham yarandı

07.03.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Bakı Dəmiryol Vağzalında sərnişin sıxlığı müşahidə olunur.

Bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sıxlığa səbəb Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranması olub:

"Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb".

Sərnişinlər qeyd ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqaməti ilə hərəkət edən 2 sürət qatarı gəlsə də, Xırdalan istiqamətində qatar hələ də stansiyaya daxil olmayıb:

"Vağzalın işçiləri deyirlər ki, Bakı-xırdalan-Sumqayıt sürət elektrik qatar gecikmə ilə yola düşəcək".

Sözügedən görüntünü təqdim edirik:

Sərnişinlər qeyd ediblər ki, Bakı-Pirşağı-Sumqayıt istiqaməti ilə hərəkət edən 2 sürət qatarı gəlsə də, Xırdalan istiqamətində qatar hələ də stansiyaya daxil olmayıb:

"Vağzalın işçiləri deyirlər ki, Bakı-Xırdalan-Sumqayıt sürət elektrik qatarı gecikmə ilə yola düşəcək".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью