Bakı Dövlət Universitetində müşavirə keçirilib

15.10.2026

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Oktyabrın 15-də “Z.Xəlilov küç. 33” ünvanı üzrə (Bakı Dövlət Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Dövlət Universitetinin prorektoru Əliş Ağamirzəyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər” dən Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, “Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Universitetin professor-müəllim heyəti və tələbə kontingenti iştirak edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən “Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyən edilmiş strateji hədəflərin əhəmiyyətindən bəhs edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqində irəli sürülən prioritetlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, qurultayda səsləndirilən fikirlər ölkənin davamlı inkişafı və cəmiyyət qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ərazi partiya təşkilatlarının bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini diqqətə çatdırıb. Universitet mühitində siyasi maarifləndirmə işinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təşviq edilməsinin vacibliyini bildirib. Həmçinin partiyanın ideoloji prinsiplərinin təbliğində professor-müəllim heyətinin və tələbələrin roluna toxunub. Sonda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqində müəyyənləşdirilən prioritetlərin Azərbaycanın gələcək inkişaf strategiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, partiyanın qarşısında duran əsas vəzifələrdən biri milli maraqların qorunması və dövlətçilik prinsiplərinin daha geniş təbliğ edilməsidir. Bu istiqamətdə rayon təşkilatlarının üzərinə mühüm məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini qeyd edib. Gənclərlə işin genişləndirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi və ictimai fəallığının artırılmasının əhəmiyyətini xüsusi vurğulayıb. Universitetlərin elmi və intellektual potensialının cəmiyyətin inkişafına töhfə verməsinin vacibliyini bildirib. Sonda partiyanın qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasında birlik, həmrəylik və ardıcıl fəaliyyətin mühüm rol oynadığını qeyd edib.

Bakı Dövlət Universitetinin prorektoru Əliş Ağamirzəyev çıxışında universitetlərin ölkənin ictimai-siyasi, elmi və intellektual həyatındakı mühüm rolundan bəhs edib. O, Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin ali təhsil müəssisələrində müzakirə olunmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, müasir dövrdə universitetlərin əsas vəzifələrindən biri yüksək bilik və bacarıqlara malik mütəxəssislərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar yetişdirməkdir. Gənclərin dövlətçilik ənənələrinə hörmət ruhunda formalaşmasının vacibliyini diqqətə çatdırıb. Elmi potensialın inkişafı və təhsilin keyfiyyətinin yüksəldilməsinin ölkənin tərəqqisinə xidmət etdiyini bildirib. Universitetdə tələbələrin ictimai fəallığının artırılmasının və onların təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini qeyd edib. Həmçinin ali təhsil müəssisələri ilə ictimai-siyasi qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Sonda belə müşavirələrin aktual məsələlərin müzakirəsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından faydalı olduğunu bildirib.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxışında Yeni Azərbaycan Partiyasının formalaşması və inkişafı prosesində əldə edilmiş təcrübənin əhəmiyyətindən bəhs edib. O, partiyanın VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən səsləndirilən fikirlərin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın müasir inkişafında təhsilin və elmin xüsusi yer tutduğunu vurğulayıb. Gənc nəslin hərtərəfli inkişafı üçün keyfiyyətli təhsilin, sağlam düşüncənin və milli-mənəvi dəyərlərin vacibliyini diqqətə çatdırıb. Universitetlərin yalnız bilik verən deyil, eyni zamanda cəmiyyətin intellektual və mənəvi inkişafına töhfə verən mühüm institutlar olduğunu bildirib. Gənclərin ölkənin ictimai həyatında fəal iştirakının dəstəklənməsinin əhəmiyyətini qeyd edib. Dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Sonda milli maraqlar ətrafında birliyin və təhsil sahəsində davamlı inkişafın Azərbaycanın gələcəyi üçün mühüm amillər olduğunu bildirib.

Universitetin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova çıxışında Azərbaycanın zəngin dövlətçilik tarixinin və milli-mənəvi irsinin gənc nəslə çatdırılmasının əhəmiyyətindən bəhs edib. O, tarixi yaddaşın qorunmasının milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Prezident cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsi zamanı dövlətçilik ənənələrinin və milli maraqların prioritet kimi nəzərə alınmasının vacibliyini vurğulayıb. Tarix elminin cəmiyyətin maarifləndirilməsində və gənclərin dünyagörüşünün formalaşmasında əhəmiyyətini diqqətə çatdırıb. Universitetlərdə elmi tədqiqatların inkişaf etdirilməsinin və tarixi həqiqətlərin obyektiv şəkildə öyrənilməsinin vacibliyini bildirib. Gənclərin milli tarixə, mədəni irsə və dövlətçilik dəyərlərinə marağının artırılmasının əhəmiyyətini qeyd edib. Elmi biliklərin ictimai maarifləndirmə ilə əlaqələndirilməsinin müsbət nəticələr verəcəyini vurğulayıb. Sonda milli irsin qorunmasının və tarixi təcrübənin gələcək nəsillərə ötürülməsinin davamlı inkişaf üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən Şahlar Əsgərov çıxışında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O, partiyanın formalaşmasının Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirilən fikirlərin müasir çağırışlar fonunda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Dövlətçilik ənənələrinin davam etdirilməsində siyasi varisliyin və milli həmrəyliyin roluna diqqət çəkib. Cəmiyyətin inkişafında təhsilin, elmin və intellektual potensialın əhəmiyyətini xüsusi vurğulayıb. Gənclərin müstəqil düşüncəli, məsuliyyətli və milli dəyərlərə bağlı şəxsiyyətlər kimi yetişdirilməsinin vacibliyini bildirib. Həmçinin ictimai-siyasi proseslərdə fəal iştirakın və ölkənin gələcəyinə məsuliyyətlə yanaşmanın əhəmiyyətini qeyd edib. Sonda milli birlik və dövlətçilik prinsiplərinə sadiqliyin Azərbaycanın gələcək inkişafının əsas şərtlərindən biri olduğunu vurğulayıb.

Universitetin YENİ Klubunun sədr müavini Fərhad Hüseynzadə çıxışında gənclərin ictimai-siyasi həyatda fəallığının artırılmasının və onların təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib. O, gənclərin dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və ölkənin inkişaf məqsədlərinə bağlılığının əhəmiyyətini vurğulayıb. Həmçinin universitet gəncliyinin maarifləndirilməsi və ictimai fəaliyyətə cəlb olunmasının bu istiqamətdə mühüm rol oynadığını bildirib. Sonda gənclərin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью